Рейтинговые книги
Читем онлайн Hər şey yaxşıya doğru - Vahid Çəmənli

Шрифт:

-
+

Интервал:

-
+

Закладка:

Сделать
1 2 3 4

Adınız, sənətiniz, istedadınız qarşısında baş əyirəm.

İSTƏ…

Ruhuma dərd gətirir,Hər tökülən göz yaşı,Bir sızlayan görəndə,Yanır qəlbimin başı,Dostum, çətin olsa da,Üzmək axına qarşı,Sıx dişini dişinə,Sürünmə dizi üstə…

Ötən günün dalinca,Boylanma fağir-fağır,Ümidli sabahlaraXeyir-bərəkət yağır,Yer üzündə imanla,Gəz dolan ağır-ağır,Heçə hikmət duyarsan,Eşıtdiyin hər səsdə..

 Qəm çəkməklə qəm artar,Qəm azalmaz, əzizim.Keçib gedər bu qəm də,Belə qalmaz, əzizim,Ömrə mərhəmət olar,Möhlət olmaz, əzizim,Tövbə elə-TanrıdanBəxtinə ağ gün istə…

Bakı İyul 2016P.S. Az qala yadımdan çıxmışdı, mənim də bu il 60 yaşım tamam olur.

«Bi neçə cümlə ilə»

İnsan Yer üzündə qonaqdır

(Lirik miniatyuralar)

Tanrı insana Yerdə yaşamaq üçün çox az bir zaman verib.

Bəzən adama elə gəlir ki, bu, dünyanın əşrəfi olan insan üçün haqsızlıqdır.

Lakin, Tanrı insanları Yerdə yaşamaq üçün yaratmayıb.

İnsan Yerdə qonaqdır.

Qonaq, vaxtı gələndə çıxıb getməlidir.

«Bir neçə cümlə ilə» silsiləsindən…

Qorxu hissi

Qorxu hissi insanı həm insan edən, həm də insanlıqdan çıxaran bir hissdir.

Qorxuya qalıb gələn qəhrəman, qorxi ilə bacarmayan satqın olur.

«Bir neçə cümlə ilə» silsiləsindən

Qalibi mühakimə etmirlər

Həmişə başqalarının ağzına baxıb, bizim haqqımızda nə deyəcəkləri barədə düşünürük.

Amma…

Başqalarının sizin barənizdə nə deyəcəyi barədə heç narahat olmayın.

Məğlub olsanız sizi unudacaqlar, qalıb gəlsəniz sizin tərəfinizə keçəcəklər.

«Bir neçə cümlə ilə» silsiləsindən

Min il yaşa

Bəzən bizə bir yaxşılığı keçən insanlara deyirik:

«Səni görüm min yaşayasan!»

Min il yaşamaq mümkün deyil axı…

Onda niyə belə deyirik?

Burada təəccüblü heç nə yoxdu.

İnsan – onu ananlar, yada salanlar, dalınca rəhmət oxuyanlar varsa öz xeyir əməlləri ilə həyatdadı demək.

Bir – birinizə «səni min yaşa» deməkdən çəkinməyin.

Ən azından həmin insanı həyatda xeyirli işlər görməyə kökləyirsiniz.

«Bir neçə cümlə ilə» silsiləsindən

Yaxşılığı öz hesabınıza edin

Yaxşılığı öz hesabınıza edin.

Başqasının hesabına yaxşılığı qoy başqası özü eləsin.

«Bir neçə cümlə ilə» silsiləsindən…

Nə dəyişəcək

Tanrı rəhimlidir, mərhəmətlidir, ancaq insana yazdığı ömrü bir saniyə də olsa artırmaz.

Artırsaydı, nə dəyişəcəkdi?

Heç nə…

Əminəm ki, incan o günə qədər necə yaşamışdısa, o cür də yaşamağına davam edərdi.

Ona görə qiyamət günü insanın, – Məni dünyaya qaytarın, səhvimi düzəldim – yalvarışına məhəl qoyan olmayacaq.

«Bir neçə cümlə ilə» silsiləsindən

Zaman

Zaman, – zamanın özünün uydurduğu elə bir hoqqadır ki, bizi qəflətən yaxalamayınca onun varlığından belə xəbərsiz oluruq.

«Bir neçə cümlə ilə» silsiləsindən

Ömür adlı sürət qatarının yolçuları

Bir nənəmiz vardı, yaşı səksən beşi haqlamışdı.

Şıkayət edərdi tez – tez, – Ay bala, günlər elə ağır gedir ki, ha gözləyirəm, axşam düşmür ki, düşmür.

Bir dəfə sual verdim:

– Ay nənə, axşamın düşməyini neynirsən, hara tələsirsən, keçən günlər səni ölümə yaxınlaşdırır axı?

Nənə güldü:

– Nə olsun ay bala, yaxınlaşdırsın dəə…

İnsan niyə günlərin tez keçməsini istəyir?

Mən bu hikməti anladım.

…Biz, zaman deyilən sürət qatarında mənzil başına tələsən yolçular kimiyik.

Yollar nə qədər gözəl olsa da, bizi getdiyimiz mənzilbaşı daha çox cəzb edir.

Ölüm mənzilbaşıdır.

Biz mənzilbaşına tələsirik.

Hər bir səfərə çıxan adamı mənzilbaşında gözəl görüşlər, xoşbəxt anlar gözləyir.

Ömrün mənzil başında da bizi gözəlliklər gözləyir.

Ona görə də tələsirik.

«Bir neçə cümlə ilə» silsiləsindən

Yağmurlu Bahar

Bahar, görüş vəd edən qadın kimidi.

Deyir, gözlə gəlirəm, amma özü hələ də hamam xalatında oturub dırnaqlarını boyayır.

«Bir neçə cümlə ilə» silsiləsindən

Söz demək asan iş deyil

Söz demək çətin işdi.

Bizim düz saydığımız söz hələ «düz sözdür» demək deyil.

Bu, özümüzün «düz sözümüz» – dür, onu düz kimi qəbul etdirmyə heç kimim haqqı yoxdur.

Ona görə də söz deyəndə diqqətli olmalıyıq.

Gərək sözü elə deyəsən ki, həm içində qalan söz səni öldürməyə, həm də «düz sözünə» görə səni oldürməyələr.

«Bir neçə cümlə ilə» silsiləsindən

ALLAH (C.C) INSANLARDAN DA QISQANCDIR

Görəsən, sevgi ilə ehtiras arasındakı gözəgörünməz sərhəd haradan başlayır?

Görəsən, sevdiyin bir qadının yanında ruhən, qəlbən, cismən təmiz olmaq yaxşıdır, yoxsa şirin əyləncələrin ağuşunda əylənmək?

Görəsən, qayğı ilə, nəvazişlə övladlarını böyütmək yaxşıdır, yoxsa dünyaya övlad gətirib, sonra onları taleyin burulğanına atmaq? Bir də, kim zəmanət verər ki, həmin uşaqlar böyüyüb atalarının buraxdığı səhvləri təkrar etməyəcək?

Bir dəfə yolunu sapdınmı, sonra öyrəncəkli olursan.

Bəziləri deyir ki, çətindi.

Anlayıram.

Bir dəfə gənc dostum həyat yoldaşından ayrılıb yeni ailə qurmaq istəyirdi.

Səbəbini soruşanda dedi ki, bütün günü deyinir, işləməyimi istəyir, ev istəyir, isti su istəyir…

Necə bilirsən, – deyə sordum. Yeni qurmaq istədiyin ailə hava iləmi dolanacaq? Ona ev, isti su, paltar lazım olmayacaqmı?

Biz bəzən dəliqanlı oluruq. Bu yaxşıdır. Amma ailə üçün heç yaramır. İnsanlar qayda – qanunu sevirlər. Allah (c.c.) da qayda – qanunu sevir.

İnanın ki, Allah (c.c) sədaqət, etibar məsələsində insanlardan da qısqancdır.

«Bir neçə cümlə ilə» silsiləsindənBakı 12 may 2017

BƏSIRƏT GÖZÜ

Lirik lövhə

Cənabi – Haqq bizə bəsirət gözü vermişdi. Biz onu şikayətlənərkən, qeybət edərkən, mənasız mübahisələr edərkən qeyb etdik…

Salam, məni eşidənlər!

Deyəsən bu qışın caynağına bərk ilişmişik. Heç qurtarmaq bilmir.

Necə yaşayırsınız?

Məhəbbət hissi insanın qəlbində, ötən illər simasında dərin izlər qoyur.

Qəlbiniz necədir?

Bəs surətiniz necədir?

İllərin üzünüzdə qoyduğu dərin izlərə görə sevinə bilirsinizmi?

İndi yenə yaz gəlir.

Amma bayaq demişdim axı, qış bizi buraxmır.

Qəlbinizdəki qışdan danışıram.

Narahat olmayın, qəlb ağrılarının çarəsini bilirəm.

Özüm yoxlamışam.

Dodağlarını bərk – bərk dişləyirsən..

Heç olmasa, bircə dəqiqəliyə qəlbindəki ağrıları unutmaq üçün…

Sonra yenə… yenəəə…

Həyat adiləşənə qədər.

Sonra da hər şey bitir…

Amma, biz özümüzə belə xoşbəxtliyi rəva görə bilmərik.

Biz baharımızı gözləyirik axı…

Ömrümüzü çiçəklərə qərq edəcək baharımızı…

«Bir neçə cümlə ilə» silsiləsindən12 may 2017Bakı ş

QAYIT, GÖZLƏRIMDƏ SEVINC ALIŞDIR

(Atam aşıq Valehin xatirəsinə)

Qüssədən saralıb o çöl, o çəmən,Çiçəklər nəğməyə yas tutur indi.Bir zaman əlindən şirinlik əmən,Sazın tellərini pas tutur indi.

Sənsiz qəribsəyir ağsaçlı dağlar.

Конец ознакомительного фрагмента.

1 2 3 4
На этой странице вы можете бесплатно читать книгу Hər şey yaxşıya doğru - Vahid Çəmənli бесплатно.
Похожие на Hər şey yaxşıya doğru - Vahid Çəmənli книги

Оставить комментарий